Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    “İKİLİ HƏQİQƏT” NƏZƏRİYYƏSİ
    İKİLİ HƏQİQƏT” NƏZƏRİYYƏSİ, “i k i h ә q i q ә t” n ә z ә r i y y ә s i – tәk hәqiqәtin iki aspekti qismindә fәlsәfә vә teologiya haqqında, yaxud iki müstәqil hәqiqәt haqqında tәlim. Qәrbi Avropa fәlsәfәsindә 12–13 әsrlәrdә meydana gәlmiş vә, әsasәn, fәlsәfәnin muxtarlığını vurğulayaraq,  elmi-fәlsәfi nәticәlәrlә ilahiyyat ehkamları arasında ziddiyyәtlәrin mümkünlüyünü qәbul edәn averroizmlә (bax İbn şd) bağlı olmuşdur. Bu cür epistemoloji dualizm dövlәt vә kilsәnin, dünyәvi vә dini hakimiyyәtin institusional ayrılması üçün әsas kimi çıxış etmişdir (Marsili Paduyalı, Dante). İbn Rüşd özü qәti olaraq bir hәqiqәtin tәrәfdarı olmuşdur. “Şәriәt” (din) vә “hikmәt”in (fәlsәfә) “doğma qardaş” olduğunu göstәrәrәk onları predmetinә görә deyil, metodologiyasına görә fәrqlәndirmiş, “hәqiqәt hәqiqәtә zidd olmaz” fikrini israrla müdafiә etmişdir. “İ.h.”n. İbn Rüşdә aid olmayıb, Avropa averroistlәrinin onu naqis şәrh etmәlәri nәticәsindә meydana gәlmişdir.
    “İ.h.”n.-nin digәr növü Şartr mәktәbi çәrçivәsindә inkişaf etmişdir. Onun nümayәndәlәri fәlsәfәni (elmi) vә teologiyanı (dini) hәm predmetinә, hәm dә metoduna görә ayırır, bu da onlar arasında hәr hansı ziddiyyәti istisna edirdi. Foma Akvinalı bu nәzәriyyәnin özünәmәxsus aralıq variantını işlәyib hazırlamışdı. Onun katolik kilsәsindә klassik sayılan konsepsiyasına görә, elmi-fәlsәfi vә  dini-teoloji bilik öz metodlarına görә tamamilә fәrqlidir, çünki birincisi tәcrübә vә ağla, ikincisi isә vәhyә vә müqәddәs mәtnlәrә әsaslanır. Predmetinә görә isә onlar yalnız qismәn fәrqlәnir. Bәzi dini ehkamlar (mәs., Allahın varlığı, onun tәkliyi) rasional şәkildә sübut oluna bildiyi halda, bir çoxunu (mәs., üç üqnum ehkamı, alәmin heçdәn yaradılışı, ilkin günah, ölülәrin dirilmәsi, o dünyanın mövcudluğu vә s.) ağılla әsaslandırmaq olmur. Dini tәlim fәlsәfi nәticә ilә uyğun gәlmәdikdә o, ağlasığmaz deyil, ağlın fövqündә sayılmalıdır, yaxud hәmin nәticәnin rasional әsaslandırılmasında yol verilmiş sәhvi axtarmaq lazımdır.
    Tomizmi tәnqid edәn U.Okkam vә 14 әsrin digәr nominalistlәri yalnız müqәddәs mәtnlәrә әsaslanan ilahiyyatın sırf irrasional sәciyyә daşıdığını vurğulayaraq, fәlsәfә vә elmin din vә teologiyadan radikal ayrılması mövqeyindә dayanırdılar.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”