İKİNCİ BƏHLUL – İrәvan xanlığının Talin mahalında (9.9.1930 ildәn Talin r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalmış, әhalisi qovulmuş, bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqınlar doğma kәndlәrinә geri dönmüşlәr. 1940 ildә әhalisi köçürülmüş, kәnd lәğv edilmiş, xarabazara çevrilmişdır.










