İKİNCİ BİLƏCİK – Azәrb. Resp. Şәki r-nunun Bilәcik ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 22 km şm.-q.-dә, Qanıx-Əyriçay çökәkliyindәdir. Əh. 1225 (2021); tütünçülük, baramaçılıq, fındıqçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, diyarşünaslıq klubu, tibb mәntәqәsi, poçt; mәscid (19 әsr) var.










