Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İKİNCİ CƏBHƏ 
    İKİNCİ CƏBHƏ İkinci dünya müharibәsindә (1939–45) ABŞ vә B.Britaniyanın nasist Almaniyasına qarşı Fransa әrazisindә apardığı hәrbi әmәliyyat (1944, iyun –1945, may). 1944 il iyunun 6-da ABŞ ordu gen.-ı D.D.Eyzenhauerin komandanlığı ilә müttәfiq ekspedisiya qüvvәlәrinin Normandiyaya çıxarılması (“Overlord” әmәliyyatı) ilә başlamışdı. 1942 ilin may–iyun aylarında Vaşinqtonda SSRİ, ABŞ vә B.Britaniya arasında aparılan danışıqlarda elә hәmin il Qәrbi Avropada İ.c.-nin açılması haqqında razılıq әldә olundu. Lakin ABŞ vә B.Britaniya qoşunları Şimali Afrika (1942, noyabr), sonra isә Siciliya (1943, iyul) vә Cәnubi İtaliyaya (1943, iyul) çıxarmaqla kifayәtlәndilәr, bu isә düşmәnin az qüvvәsini (6–7%) özünә cәlb etdi. Tehran konfransında (1943) müttәfiqlәr İ.c.-nin 1944 ilin mayında açılmasını öhdәlәrinә götürdülәr.
    1944 ilin iyununda Fransa, Belçika vә Niderlandda 58 alman diviziyası yerlәşdirildi, 18 diviziya isә komplektlәşdirilir, yaxud bәrpa olunurdu. Almaniya aviasiyası 160 döyüş tәyyarәsindәn ibarәt idi. Tәqr. 10,9 min döyüş vә 2,3 mindәn çox nәqliyyat tәyyarәsi, tәqr. 2,6 min planer, 1,2 mindәn çox döyüş vә 4,1 mindәn çox desant gәmisi, tәqr. 1,6 min kömәkçi vә ticarәt gәmisi ilә müttәfiq qoşunları Fransanın şm.-q. sahilinә çıxdı, “Atlantika sәddi”ni yardı vә 1944 ilin avqustunda Falez әmәliyyatını keçirdi, sonra isә Müqavimәt hәrәkatının dәstәyi ilә Şimal-Qәrbi Fransanı vә Parisi azad etdilәr. 1944 il avqustun 15-dә amerikan-fransız qoşunları Fransanın c.-una çıxarıldı vә sentyabrın 10-da şm.-dan hücum edәn qoşunlarla birlәşdilәr. Lakin Arden әmәliyyatı (1944–45) gedişindә alman qoşunları amerikan-ingilis qüvvәlәrini xeyli sıxışdırdılar vә yalnız sovet qoşunlarının vaxtından әvvәl başlamış hücumu [Visla-Oder әmәliyyatı (1945) vә Şәrqi Prussiya әmәliyyatı (1945)] onları mәğlubiyyәtdәn xilas etdi. 1945 ilin fevralından başlayaraq Amerika-Britaniya qoşunları bir sıra uğurlu әmәliyyat keçirdilәr vә mayın әvvәlindә Elba çayına, Avstriya vә Çexoslavakiyanın q. rayonlarına çatdılar. İtaliyanın azad edilmәsi başa çatdırıldı. Əmәliyyatlarda hәmçinin Kanada, Fransa vә antihitler koalisiyasının digәr ölkәlәri dә iştirak etdilәr. Almaniya vә onun tәrәfdarlarına qarşı silahlı mübarizәdә İ.c.-nin mühüm rolu oldu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”