İKİNCİ DÜNYA MÜHARİBƏSİ (1939–45) – nasist Almaniyası, faşist İtaliyası vә militarist Yaponiya ilә antifaşist koalisiyası ölkәlәri arasında baş verәn bәşәriyyәt tarixindә әn böyük müharibә. Müharibәyә 61 dövlәt, yer kürәsi әhalisinin 80%-indәn çoxu cәlb olunmuşdu; hәrbi әmәliyyatlar 40 dövlәtin әrazisindә, hәmçinin dәniz vә okean sularında aparılmışdır.
M ü h a r i b ә n i n s ә b ә b l ә r i v ә o n u n b a ş l a n m a s ı. İ.d.m. dünyanın aparıcı dövlәtlәri arasında iqtisadi vә ideoloji ziddiyyәtlәrin dәrin kәskinlәşmәsi nәticәsindә başlamışdı. Əsas sәbәbi Birinci dünya müharibәsindә (1914–18) mәğlub olmuş Almaniyanın vә müttәfiqlәrinin qisasçılıq niyyәti ilә dünyanı yenidәn bölüşdürmәk idi. 1930-cu illәrdә Uzaq Şәrqdә vә Avropada müharibә ocaqları yarandı. Qalib dövlәtlәrin Almaniya üzәrinә qoyduğu hәdsiz tәzminat vә mәhdudiyyәtlәr bu ölkәdә güclü millәtçi hәrәkatın inkişafını şәrtlәndirdi. 1933 ildә A.Hitlerin hakimiyyәtә gәlmәsi ilә Almaniya bütün dünya üçün tәhlükәli militarist qüvvәyә çevrildi. 1934 ildә Almaniyada 840 tәyyarә istehsal olunurdusa, 1936 ildә onun sayı 4733-ә çatdı. Hәrbi istehsalın hәcmi 1934 ildәn 1940 ilәdәk 22 dәfә artdı. 1935 ildә Almaniya 29 diviziyaya, 1939 ilin payızında isә 102 diviziyaya malik idi. Almaniyanın nasist proqramı müstәmlәkә imperiyasının bәrpasını, B.Britaniya, Fransa vә SSRİ-nin darmadağın edilmәsini nәzәrdә tuturdu. Qәrb ölkәlәri müharibәdәn yayınacaqlarına ümid edәrәk alman tәcavüzünü Şәrqә yönәltmәyә çalışır, alman militarizminin hәrbi-sәnaye bazasını dirçәltmәsinә şәrait yaradırdılar. Dünyanı yenidәn bölüşdürmәk meyillәri faşist İtaliyası vә militarist Yaponiya üçün dә sәciyyәvi idi.
Möhkәm hәrbi-iqtisadi baza yaradan Almaniya, Yaponiya, hәmçinin müәyyәn iqtisadi çәtinliklәrә baxmayaraq, İtaliya öz tәcavüzkar niyyәtlәrini hәyata keçirmәyә başladı. Yaponiya 1930-cu illәrdә ŞimalŞәrqi Çini işğal etdi, Monqolustan vә SSRİ-yә hücum üçün platsdarm yaratdı. İtaliya faşistlәri 1935 ildә Efiopiyaya soxuldu, Almaniya hәmin ilin yazında Versal sülh müqavilәsinin (1919) hәrbi maddәlәrini pozaraq ümumi hәrbi sәfәrbәrlik tәtbiq etdi, plebissit nәticәsindә Saar vil.-ni özünә birlәşdirdi. 1936 ilin martında Almaniya bir tәrәfli qaydada Lokarno müqavilәsini pozaraq öz qoşunlarını Reyn demilitarizasiya zonasına yeritdi, 1938 ilin martında Avstriyanı öz tәrkibinә qatdı (Anşluss). 1938 ilin sentyabrında B.Britaniya vә Fransa müttәfiqlәri olan Çexoslovakiyaya xәyanәt edәrәk Sudet vil.-nin Almaniya tәrәfindәn işğalı ilә razılaşdı (Münxen sazişi). 1938 ilin payızında Almaniya Çexoslovakiyanın bir hissәsini, 1939 ilin yazında isә bütün Çexiyanı (Slovakiya “müstәqil dövlәt” elan olundu) vә Litvanın Klaypeda vil.-ni tutdu. 1939 ilin aprelindә İtaliya Albaniyanı ilhaq etdi. Almaniya 1938 ilin sonlarında Dansiq böhranını törәtdi vә 1939 ilin avqustunda SSRİ ilә hücum etmәmәk haqqında müqavilә bağlayaraq B.Britaniya vә Fransadan hәrbi yardım zәmanәti (1939, avqust) alan Polşanın işğalına hazırlaşdı.

Almaniya qoşunları Polşaya daxil olur. 1939 il.
M ü h a r i b ә n i n b i r i n c i d ö v r ü (1.9.1939 – 21.6.1941) 1939 il sentyabrın 1-dә Almaniyanın Polşaya hücumu ilә başladı. Hәmin vaxt Almaniya SQ-sinin sayı 4 mln. nәfәrdәn çox idi; tәqr. 3,2 min tank, 26 mindәn çox artilleriya qurğusu vә minaatan, tәqr. 4 min tәyyarә, 100 döyüş gәmisi; Polşa SQ isә tәqr. 1 mln. canlı qüvvәdәn ibarәt olmaqla 220 yüngül tank vә 650 tanketka, 4,3 min artilleriya qurğusu, 824 tәyyarә ilә silahlanmışdı. B.Britaniyanın metropoliyadakı SQ 1,3 mln. nәfәrdәn ibarәt olmaqla güclü HDQ-yә (328 döyüş gәmisi vә 1,2 min tәyyarә) vә HHQ-yә (3,9 min tәyyarә) malik idi. Fransa SQ-sinin sayı tәqr. 2,7 mln. nәfәr idi; onlar tәqr. 3,1 min tank, 26 mindәn çox artilleriya qurğusu vә minaatan, tәqr. 3,3 min tәyyarә, 174 döyüş gәmisi ilә silahlanmışdı. Sentyabrın 3-dә B.Britaniya vә Fransa Almaniyaya müharibә elan etsәlәr dә, Polşaya faktiki heç bir kömәk göstәrmәdilәr. Canlı qüvvә vә texnika cәhәtdәn böyük üstünlüyә malik olan alman qoşunları Polşa ordusunun inadlı müqavimәtinә baxmayaraq, onu 32 gün әrzindә darmadağın etdi vә ölkәnin böyük hissәsini tutdu. Sentyabrın 17-dә Polşa hökumәti Rumıniyaya qaçdı, sovet qoşunları isә Qәrbi Belorusiya vә Qәrbi Ukrayna әrazisinә yeridildi. 1939 ildә sovet qoşunları Bessarabiyanı vә Baltikayanı dövlәtlәri işğal etdi, 1940 ildә isә hәmin әrazilәr SSRİ-nin tәrkibinә qatıldı. 1939–40 illәrdә SSRİ Finlandiyaya qarşı müharibә apardı vә bu müharibәnin gedişi sovet ordusunun döyüş qabiliyyәtinә dair şübhәlәri güclәndirdi, eyni zamanda A.Hitlerin SSRİ-nin “ildırımsürәtli müharibә” yolu ilә darmadağın edilmәsi planına inamını möhkәmlәndirdi.
1940 il aprelin 9-da alman qoşunları müharibә elan etmәdәn Danimarkanı tutdu vә hәmin gün Norveçә soxuldu. Norveç әrazisinә çıxarılan Britaniya vә fransız qoşunları Narviki әlә keçirsә dә, tәcavüzkara müqavimәt göstәrә bilmәdi vә iyunda ölkәni tәrk etdi. Mayın 10-da vermaxtın hissәlәri Belçikaya, Niderlanda, Lüksemburqa girdi, bu әrazilәrdәn “Majino xәttinin” yanından keçәrәk Fransaya zәrbә endirdi. Sedan r-nunda müdafiә xәttini yaran alman tank qoşunları birlәşmәsi mayın 20-dә La-Manşa çıxdı. Mayın 14-dә Hollandiya ordusu, mayın 28-dә Belçika ordusu tәslim oldu. Dünkerk r-nunda mühasirәyә alınmış Britaniya ekspedisiya korpusu vә fransız qoşun hissәlәri, demәk olar, bütün hәrbi texnikanın itirilmәsi bahasına B.Britaniyaya tәxliyә edildi. İyunun 14-dә alman qoşunları Parisi döyüşsüz tutdu, iyunun 22-dә Fransa tәslim oldu. Kompyen barışığının şәrtlәrinә görә, Fransanın böyük hissәsi alman qoşunları tәrәfindәn işğal edildi, ölkәnin cәnub hissәsi marşal A.Petenin faşist pәrәst hökumәtinin (“Vişi” hökumәti) idarәsi altında qaldı. 1940 il iyunun sonunda Londonda gen. Ş. de Qoll başda olmaqla “Azad Fransa” (1942 ildәn “Döyüşәn Fransa”) vәtәnpәrvәr tәşkilatı yarandı.
1940 il aprelin 9-da alman qoşunları müharibә elan etmәdәn Danimarkanı tutdu vә hәmin gün Norveçә soxuldu. Norveç әrazisinә çıxarılan Britaniya vә fransız qoşunları Narviki әlә keçirsә dә, tәcavüzkara müqavimәt göstәrә bilmәdi vә iyunda ölkәni tәrk etdi. Mayın 10-da vermaxtın hissәlәri Belçikaya, Niderlanda, Lüksemburqa girdi, bu әrazilәrdәn “Majino xәttinin” yanından keçәrәk Fransaya zәrbә endirdi. Sedan r-nunda müdafiә xәttini yaran alman tank qoşunları birlәşmәsi mayın 20-dә La-Manşa çıxdı. Mayın 14-dә Hollandiya ordusu, mayın 28-dә Belçika ordusu tәslim oldu. Dünkerk r-nunda mühasirәyә alınmış Britaniya ekspedisiya korpusu vә fransız qoşun hissәlәri, demәk olar, bütün hәrbi texnikanın itirilmәsi bahasına B.Britaniyaya tәxliyә edildi. İyunun 14-dә alman qoşunları Parisi döyüşsüz tutdu, iyunun 22-dә Fransa tәslim oldu. Kompyen barışığının şәrtlәrinә görә, Fransanın böyük hissәsi alman qoşunları tәrәfindәn işğal edildi, ölkәnin cәnub hissәsi marşal A.Petenin faşist pәrәst hökumәtinin (“Vişi” hökumәti) idarәsi altında qaldı. 1940 il iyunun sonunda Londonda gen. Ş. de Qoll başda olmaqla “Azad Fransa” (1942 ildәn “Döyüşәn Fransa”) vәtәnpәrvәr tәşkilatı yarandı.

Avstraliyalı әsgәrlәr Şimali Afrikada. 1941 il.
1940 il iyunun 6-da İtaliya Almaniya tәrәfindә müharibәyә qoşuldu (1939 ildә İtaliyanın SQ-si 1,7 mln.-dan çox canlı qüvvәdәn, tәqr. 400 tank, tәqr. 13 min artilleriya qurğusu vә minatan, tәqr. 3 min tәyyarә, 154 döyüş gәmisi vә 105 sualtı qayıqdan ibarәt idi). İtalyan qoşunları 1940 ilin avqustunda Britaniya Somalisini, Keniya vә Sudanın bir hissәsini tutdu, sentyabrda Liviyadan Misirә soxuldu, lakin dekabrda Britaniya qoşunları tәrәfindәn italyanların hücumu dayandırıldı. Oktyabrda italyanların 1939 ildә işğal olunmuş Albaniyadan Yunanıstana hücum cәhdini yunan qoşunları dәf etdi. Uzaq Şәrqdә Yaponiya (1939 ildә onun SQ-sindә 1,5 mln.-dan çox canlı qüvvә, 2 mindәn çox tank, tәqr. 4,2 min artilleriya qurğusu, tәqr. 1 min tәyyarә, 172 döyüş gәmisi, o cümlәdәn 396 tәyyarә ilә 6 aviadaşıyıcı vә 56 sualtı qayıq var idi) Çinin c. r-nlarını tutdu vә Fransa Hind-Çininin şm. hissәsini işğal etdi. 1940 il sentyabrın 27-dә Almaniya, İtaliya vә Yaponiya Berlin paktını [Üç dövlәtin paktı (1940)] imzaladı.

Britaniyalı әsgәrlәr Bağdadda. 1941 il.
1940 ilin avqustunda alman aviasiyası tәrәfindәn B.Britaniyanın havadan bombardmanı başlandı. 1941 ilin yazında hәlә müharibәyә qoşulmayan ABŞ öz qoşunlarını әvvәl Qrenlandiyaya, sonra isә İslandiyaya çıxararaq orada hәrbi bazalar yaratdı. Alman sualtı qayıqlarının fәaliyyәti güclәndi. 1941 ilin yanvar–may aylarında Britaniya qoşunları üsyana qalxmış әhalinin dәstәyi ilә italyanları Şәrqi Afrikadan qovdu. Fevralda gen.-l. E.Rommelin komandanlığı altında “Afrika korpusu”nu tәşkil edәn alman qoşunları Şimali Afrikaya gәldi. Martın 31-dә hücuma keçәn italyan-alman qoşunları aprelin ikinci yarısında Liviya-Misir sәrhәdinә çatdı. 1941 ilin yazında faşist bloku ölkәlәri Balkanlarda tәcavüzü hәyata keçirdilәr. Martın 1–2-dә alman qoşunları “Üçlәr paktına” qoşulmuş Bolqarıstana, aprelin 6-da alman, italyan, macar vә bolqar qoşunları Yuqoslaviyaya (aprelin 18-dә tәslim oldu) vә Yunanıstana (aprelin 30-da işğal edildi) soxuldular. Mayda Krit a. zәbt olundu.

Yaponların Pyörl Xarbora hücumundan sonra yanan “Tennesi” vә “Qәrbi Virciniya” linkorları. 1941 il.
M ü h a r i b ә n i n i k i n c i d ö v r ü (22.6.1941 – 18.11.1942). 1941 il iyunun 22-dә Almaniya hücum etmәmәk haqqında müqavilәni pozaraq qәflәtәn SSRİ-yә hücum etdi. Almaniyanın hücumuna Macarıstan, Rumıniya, Slovakiya, Finlandiya, İtaliyada qoşuldular. Böyük Vәtәn müharibәsi (1941–45) başladı. 1941 ilin ortalarında sovet SQ-sinin sayı 1939 illә müqayisәdә 2,8 dәfә artaraq tәqr. 5,7 mln. nәfәrә çatdı. Lakin 1930-cu illәrin sonlarındakı kütlәvi repressiyalar xüsusәn SQ-yә güclü zәrbә vurdu, müharibәyә hazırlığın effektivliyini azaltdı.
1941 il iyunun 22–24-dә B.Britaniya vә ABŞ hökumәtlәri SSRİ-ni müdafiә etdiklәrini elan etdi; iyul–oktyabr aylarında SSRİ ilә B.Britaniya vә ABŞ arasında birgә fәaliyyәt vә hәrbi-iqtisadi әmәkdaşlıq haqqında sazişlәr bağlandı. Avqust–sentyabr aylarında SSRİ vә B.Britaniya Yaxın Şәrqdә faşist bazalarının yaradılması tәhlükәsini aradan qaldırmaq mәqsәdilә öz qoşunlarını İrana yeritdi. Bu birgә hәrbi-siyasi tәdbirlәrlә antihitler koalisiyasının әsası qoyuldu. 1941 il sentyabrın 29-da SSRİ Atlantika xartiyasına (1941) qoşuldu.
SSRİ-yә qarşı Almaniya QQ vә SS hissәlәri şәxsi heyәtinin 70%-i, tank qoşunlarının 86%-i, motorlaşdırılmış birlәşmәlәrin 100%-i, artilleriyanın tәqr. 75%-i yeridildi. Müharibәnin başlanğıcında bir sıra uğurlara baxmayaraq, Almaniya “Barbarossa planı” üzrә qarşısına qoyduğu strateji mәqsәdә çata bilmәdi. 1941 ilin yayındakı döyüşlәrdә böyük itkilәrә mәruz qalan Qırmızı ordu almanların “ildırım sürәtli müharibә” planını pozdu. Alman qoşunları Leninqradı tuta bilmәdi, Odessanın uzun müddәtli müdafiәsi (1941) vә Sevastopolun müdafiәsi (1941–42) nәticәsindә hücum әmәliyyatları xeyli lәngidi, Moskva yaxınlığında dayandırıldı. 1941–42 illәrdә
Moskva vuruşmasında almanların darmadağın edilmәsi Almaniyanı uzunmüddәtli müharibә aparmağa mәcbur etdi.
1941 il dekabrın 7-dә Yaponiya Pörl-Harbordakı amerikan hәrbi bazasına hücum etmәklә ABŞ-a qarşı müharibәyә başladı. Dekabrın 8-dә ABŞ, B.Britaniya vә bir sıra digәr dövlәtlәr Yaponiyaya, 11-dә isә Almaniya vә İtaliya ABŞ-a müharibә elan etdilәr. ABŞ vә Yaponiyanın müharibәyә qoşulması qüvvәlәr nisbәtinә tәsir göstәrәrәk silahlı münaqişәnin miqyasını genişlәndirdi.
1941 ilin noyabrında Şimali Afrikada Britaniya qoşunları Kirenaikanı tutaraq italyan-alman qoşunları tәrәfindәn mühasirәyә alınmış Tobrukun blokadasını yardılar. Lakin 1942 ilin yanvar-iyun aylarında italyan alman qoşunları әks-hücuma keçәrәk 1,2 min km irәlilәdi, yenidәn Tobruku vә Misirin bir hissәsini tutdu. Bundan sonra Afrika cәbhәsindә 1942 ilin payızınadәk sakitlik yarandı. Atlantika okeanında müttәfiqlәrin donanmaları alman sualtı qayıqları tәrәfindәn ciddi tәlәfatlara mәruz qalırdı. 1942 ilin әvvәllәrindә Yaponiya Malayyanı, İndoneziyanın әn mühüm adalarını, Filippin vә Birmanı işğal etdi, Siam körfәzindә Britaniya donanmasını, Yava әmәliyyatında Britaniya-Amerika-Hollandiya donanmasını ağır mәğlubiyyәtә uğradaraq dәnizdә hegemonluğu әlә keçirdi. Amerika 1942 ilin yayında HDQ vә HHQ-ni xeyli güclәndirәrәk Mәrcan burnu (7–8 may) vә Miduey a. (iyun) yaxınlığında baş verәn dәniz vuruşmalarında yapon donanmasına ciddi zәrbәlәr endirdi. Şimali Çindә yapon işğalçıları partizanların azad etdiyi rayonlarda cәza әmәliyyatları keçirdilәr.
1942 il mayın 26-da SSRİ ilә B.Britaniya arasında Almaniya vә onun müttәfiqlәrinә qarşı müharibәdә ittifaq haqqında müqavilә imzalandı; iyunun 11-dә SSRİ ilә ABŞ arasında müharibәnin aparılmasında qarşılıqlı yardım prinsiplәrinә dair saziş imzalandı. Bu qәrarlar antihitler koalisiyasının formalaşmasını başa çatdırdı. İyunun 12-dә B.Britaniya vә ABŞ 1942 ildә Qәrbi Avropada ikinci cәbhәni açmağı vәd etsәlәr dә, vәdi yerinә yetirmәdilәr. 1942 ilin yayında alman komandanlığı sovet-alman cәbhәsindә yeni strateji hücuma başladı. İyul–noyabr aylarında sovet qoşunları düşmәnin zәrbә qruplarının hücumunu dayandıraraq әks-hücuma şәrait yaratdı. Sovet-alman cәbhәsindә almanların hücumunun iflası vә yaponların Sakit okeanda uğursuzluqları Yaponiyanı SSRİ-yә hücum planından çәkindirdi vә 1942 ilin sonunda Sakit okeanda müdafiәyә keçmәyә vadar etdi.

Bakı neftinin cәbhәyә göndәrilmәsi. 1942 il.
M ü h a r i b ә n i n ü ç ü n c ü d ö v r ü (19.11.1942 – 31.12.1943). 1942 ilin noyabrın da sovet-alman cәbhәsindә vermaxtın 192 diviziyası vә 3 briqadası (bütün QQ-nin 71%-i), hәmçinin Almaniyanın müttәfiqlәrinin 66 diviziyası vә 13 briqadası cәmlәnmişdi. 1942 il noyabrın 19-da Stalinqrad yaxınlığında әks-hücuma keçәn sovet qoşunları düşmәnin 330 minlik qoşun qruplaşmasını mühasirәyә alaraq darmadağın etdi. Alman “Don” ordu qrupunun (komandanı – gen.-feldm. E. fon Manşteyn) gen.-feldm. F. fon Paulüsü mühasirәdәn çıxarmaq cәhdi uğursuz oldu. Sovet qoşunlarının Stalinqrad yaxınlığındakı qәlәbәsi İ.d.m.-nin sonrakı gedişinә böyük tәsir göstәrdi, Almaniyanı müttәfiqlәrinin qarşısında nüfuzdan saldı. Kursk vuruşması (1943) vә Dnepr uğrunda vuruşma (1943) düşmәnin uzunmüddәtli mövqe müdafiәsinә keçmәk ümidlәrini alt-üst etdi.
1942 ilin payızında Britaniya-Amerika qoşunlarının Şimali Afrikada hәrbi әmәliyyatları fәallaşdı. Onlar oktyabr–noyabr aylarında Əl-Əlameyn әmәliyyatında (1942) qәlәbә qazanaraq Şimali Afrikada desant әmәliyyatı (1942) keçirdilәr. Tunis әmәliyyatı (1943) nәticәsindә Şimali Afrikadakı italyan-alman qoşunları tәslim oldu. 1943 iliyulun 10-da Siciliya a.-na çıxarılan Britaniya-Amerika qoşunları, avqustun ortalarında adanı әlә keçirdi. İyulun 15-dә İtaliyada faşist rejimi süqut etdi, P.Badolyonun yeni hökumәti sentyabrın 3-dә müttәfiqlәrlә barışıq bağladı. İtaliyanın müharibәdәn çıxması faşist blokunun dağılmasının başlanğıcı oldu. Oktyabrın 13-dә İtaliya Almaniyaya müharibә elan etdi, buna cavab olaraq alman qoşunları Şimali İtaliyanı tutdu. Sentyabrda müttәfiqlәrin qoşunları İtaliyanın c.-una çıxarılsa da, onlar Neapoldan şm.-da alman qoşunlarının müdafiә xәttini yara bilmәyәrәk dekabrda fәal әmәliyyatları dayandırdı. Bu zaman ABŞ vә B.Britaniya nümayәndәlәrinin alman emissarları ilә gizli danışıqları fәallaşdı. Sakit okeanda vә Asiyada strateji müdafiәyә keçәn Yaponiya 1941–42 illәrdә tutduğu әrazilәri saxlamağa çalışırdı. 1942 ilin avqustunda müttәfiqlәr Sakit okeanda hücuma başlayaraq Quadalkanal a.-nı (Solomon a-rı; 1943 ilin fevralı) tutdular, Yeni Qvineya a.-na çıxdılar, yaponları Aleut arından sıxışdıraraq onların donanmasını bir sıra mәğlubiyyәtә uğratdılar.
M ü h a r i b ә n i n d ö r d ü n c ü d ö v r ü (1.1.1944 – 9.5.1945). 1944 ildә sovet qoşunları bütün sovet-alman cәbhәsi boyunca yeni hücuma başladı, düşmәnә sarsıdıcı zәrbәlәr vuraraq onları Sovet İttifaqının hüdudlarından qovub çıxardı. SSRİ SQ-sinin sonrakı hücumu Polşa, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan vә Avstriyanın, Norveçin şm. r-nlarının azad edilmәsindә, Finlandiyanın müharibәdәn çıxarılmasında hәll edici rol oynadı, Albaniya vә Yunanıstanın azad olunması üçün әlverişli şәrait yaratdı. Faşist Almaniyası ilә mübarizәdә sovet qoşunları ilә yanaşı Polşa, Çexoslovakiya, Yuqoslaviya, barışıq bağlandıqdan sonra isә Rumıniya, Bolqarıstan, Macarıstan vә bu ölkәlәrin hәrbi hissәlәri iştirak edirdilәr. Müttәfiqlәrin qoşunları “Overlord” әmәliyyatı keçirәrәk ikinci cәbhәni açdı. 1944 il avqustun 15-dә Fransanın c.-una çıxarılmış Britaniya-Amerika qoşunları fransız Müqavimәt hәrәkatının dәstәyi ilә sentyabrın ortalarında Normandiyadan hücum edәn qoşunlarla birlәşdi, lakin alman qoşunları Fransadan çıxmağa müvәffәq oldu.

Naqasaki şәhәrindә atom bombasının partlayışı. 1945 il.
1945 ilin fevralında SSRİ, ABŞ vә B.Britaniya rәhbәrlәrinin iştirakı ilә keçirilәn Krım (Y a l t a) konfransının gedişindә Almaniya SQ-sinin qәti darmadağın edilmәsi planları razılaşdırıldı, müharibәdәn sonrakı dünyanın quruluşunun, ümumi siyasәtin әsas prinsiplәri müәyyәnlәşdirildi, Almaniyada işğal zonalarının vә ümum alman nәzarәt orqanının yaradılması, Almaniya tәrәfindәn tәzminatın ödәnilmәsi, BMT-nin yaradılması vә s. haqqında qәrarlar qәbul olundu. SSRİ Almaniyanın tәslim olmasından vә Avropada müharibә qurtardıqdan 3 ay sonra Yaponiyaya qarşı müharibәyә başlamağa razılıq verdi.

416-cı Taqanroq atıcı diviziyasının tankları Berlinin Brandenburq qapısı qarşısında. 1945 il.
Arden әmәliyyatının (1944–45) gedişindә alman qoşunları müttәfiqlәrin qoşunlarını mәğlub etdi. Müttәfiqlәrin Ardendәki vәziyyәtini asanlaşdırmaq üçün Qırmızı ordu qış hücumunu nәzәrdә tutulmuş vaxtdan әvvәl başladı. 1945 il yanvarın sonunda vәziyyәti bәrpa edәn Britaniya-Amerika qoşunları martın sonlarında Reyni keçdi vә apreldә Rur әmәliyyatı ilә düşmәnin iri qruplaşmasını mühasirәyә alaraq әsir götürdü. Müttәfiq qoşunları Şimali İtaliya әmәliyyatının (1945) gedişindә italyan partizanlarının kömәyi ilә apreldә – mayın әvvәllәrindә İtaliyanı tamamilә әlә keçirdi. Müttәfiqlәr Sakit okeanın Uzaq Şәrq әmәliyyat meydanında yapon donanmasını darmadağın etdi, bir sıra adanı azad edәrәk Yaponiyaya yaxınlaşdı (aprelin 1-dә amerikan qoşunları Okinava a.-na çıxarıldı), onun Cәnub-Şәrqi Asiya ölkәlәri ilә әlaqәlәrini kәsdi.

U.Çörçill, F.Ruzvelt vә İ.Stalin Yalta konfransında. 1945 il.
Aprel–may aylarında Qırmızı ordu birlәşmәlәri Berlin әmәliyyatı (1945) vә Praqa әmәliyyatı (1945) gedişindә alman qoşunlarının sonuncu qruplaşmalarını darmadağın etdi. Avropada müharibә bitdi. Mayın 8-dә SSRİ, ABŞ, B.Britaniya vә Fransa nümayәndәlәri tәrәfindәn Almaniyanın qeyd-şәrtsiz tәslimi qәbul edildi.
M ü h a r i b ә n i n b e ş i n c i d ö v r ü (1945, 10 may – 2 sentyabr). SSRİ Berlin (P o t s d a m) konfransında (1945) Yaponiya ilә müharibәyә başlamağa hazır olduğunu tәsdiqlәdi, San-Fransisko konfransında (1945) isә 50 dövlәtin nümayәndәlәri ilә birlikdә BMT-nin Nizamnamәsini işlәyib hazırladı. Öz hәrbi gücünü nümayiş etdirmәk mәqsәdilә ABŞ Xirosima vә Naqasaki şәhәrlәrinә (avqustun 6-da vә 9-da) atom bombası atdı. Avqustun 9-da SSRİ Yaponiyaya müharibә elan edәrәk hәrbi әmәliyyata başladı. SSRİ-Yaponiya müharibәsinin (1945) gedişindә sovet qoşunları yapon Kvantun ordusunu darmadağın edәrәk Şimal-Şәrqi Çini, Şimali Koreyanı, Cәnubi Saxalini vә Kuril a-rını azad etdi. 1945 il sentyabrın 2-dә Yaponiya tәslim oldu, İ.d.m. başa çatdı.
İ . d . m . - n i n ә s a s n ә t i c ә l ә r i. İ.d.m. bәşәriyyәt tarixindә әn iri hәrbi toqquşma idi. O, 6 il çәkdi, iştirak edәn dövlәtlәrin әhalisinin ümumi sayı tәqr. 1,7 mlrd. nәfәr oldu, SQ-yә 110 mln. nәfәr çağırıldı. Hәrbi әmәliyyatlar Avropa, Asiya, Afrika qitәlәrinin әrazilәrindә, Atlantika, Sakit, Hind vә Şimal Buzlu okeanlarında aparıldı. Bu müharibәdә 55 mln.-dan çox insan hәlak oldu, o cümlәdәn SSRİ tәqr. 27 mln. nәfәr, Polşa tәqr. 6 mln. nәfәr, Çin tәqr. 5 mln. nәfәr, Yuqoslaviya tәqr. 1,7 mln. nәfәr qurban verdi. Almaniya vә müttәfiqlәri 14 mln. nәfәr itirdi. Antifaşist müttәfiqlәrin itkilәri tәqr. 1,5 mln. әsgәr vә zabit, o cümlәdәn ABŞ-ın itkilәri 405 min, B.Britaniyanın 375 min, Fransanın 600 min, Kanadanın 37 min, Avstraliyanın 35 min, Yeni Zelandiyanın 12 min, Cәnubi Afrika İttifaqının itkilәri 7 min nәfәr tәşkil etdi. Müharibәnin әn mühüm nәticәsi ifrat tәcavüzkar irticaçı qüvvәlәrin darmadağın edilmәsi oldu. Dünyada siyasi qüvvәlәr nisbәtinin әsaslı surәtdә dәyişmәsi, müharibәdәn sonrakı inkişafı müәyyәnlәşdirdi. Bir çox “qeyri-ari” mәnşәli xalq faşist düşәrgәlәrindә fiziki mәhvdәn xilas oldu. Faşist Almaniyası vә imperialist Yaponiyanın darmadağın edilmәsi milli azadlıq hәrәkatının yüksәlişini şәrtlәndirdi, imperializmin müstәmlәkә sisteminin dağılmasına sәbәb oldu. İlk dәfә dünya ağalığına vә insana nifrәt planlarının ideoloqları vә icraçılarına hüquqi qiymәt verildi [Nürnberq proseslәri (1945–49) vә Tokio prosesi (1946–48)]. İ.d.m. hәrb sәnәtinin, SQ quruculuğunun inkişafına böyük tәsir göstәrdi. İ.d.m. müharibәnin iqtisadi vә elmi-texniki tәrәqqidәn asılılığını, qәlәbә yolunda iqtisadi, elmi, hәrbi vә s. potensialların sıx әlaqәlәrini tәsdiqlәdi.










