İKİNCİ ƏRƏBCƏBİRLİ – Azәrb. Resp.-nın Göyçay r-nunda kәnd. İkinci Ərәb cәbirli ә.d.-nin (İkinci Ərәbcәbirli, Birinci Ərәbcә birli, Mirzәhüseynli k.-lәri daxilidir) mәrkәzi. R-n mәrkәzindәn 4 km q.-dә, Yuxarı Şirvan kanalının sahilindә, Şirvan düzündәdir. Əh. 1329 (2021); bağçılıq vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, tibb mәntәqәsi, poçt, ATS; mәscid, arxeoloji abidәlәrdәn 1–2 әsrlәrә aid qәbiristanlıq var.










