İKİNCİ İMPÉRİYA – Fransada dövlәt çevrilişi nәticәsindә İkinci respublikanı lәğv etmiş III Napoleonun hakimiyyәti dövrü (2.12.1852 – 4.9.1870). İ.i.-da mövcud olan avtoritar rejim (bax Bonapartizm) ümumxalq dövlәti görüntüsü yaratmışdı. Əslindә o, varlı kәndlilәrә, mәmurlara, orduya, polisә vә katolik ruhanilәrә arxalanırdı. İ.i.-nın qurulması iqtisadi yüksәlişlә eyni vaxta tәsadüf etdiyinә görә rejimin mövqeyinin möhkәmlәndirilmәsinә rәvac verdi. İ.i. iddialı xarici siyasәt yeridirdi. III Napoleonun hegemonçu mәqsәdlәri Fransanı Avropada tәcrid vәziyyәtinә saldı, Fransa-Prusiya müharibәsi (1870–71) isә ölkә üçün milli faciә oldu. Fransız ordusunun Sedan yaxınlığındakı mәğlubiyyәti Fransa inqilabına (1870) vә İ.i. rejiminin devrilmәsinә gәtirib çıxardı.










