İKİNCİ KVANTLAMA – dәyişәn sayda zәrrәciklәrdәn vә ya kvantlardan ibarәt sistemin öyrәnilmәsi üçün kvant sistemlәrinin tәsviri metodu. İ.k. eyni (tamamilә oxşar) zәrrәciklәrdәn ibarәt qeyri-relyativist sistemlәrin tәhlil edilmәsi zamanı meydana gәlmişdir. Bozonlar üçün İ.k. metodu P.Dirak, alman fiziki P.Yordan, isveç fiziki O.Kleyn (1927) vә V.A.Fok (1928), fermionlar üçün Y.Viqner vә P. Yordan (1928) tәrәfindәn inkişaf etdirilmişdir. Əgәr dalğa funksiyası üçün Şrödinger tәnliyinin klassik sistemin “ilkin kvantlanması” zamanı meydana çıxması hesab edilәrsә, onda İ.k. metodunda dalğa funksiyasının özü operator olur.
İ.k. metodu dәyişәn saylı zәrrәciklәr sistemini tәsvir edәn relyativist nәzәriyyәdә (sahәnin kvant nәzәriyyәsindә) vacibdir. Sahәnin (mәs., elektromaqnit sahәsinin) funksiyasına, tәsiri sahәnin kvantlarının doğulmasını vә udulmasını әksetdirәn operator kimi baxılır. Bu operatorlara uyğun olan ifadәlәrin şәkli hәmin kvantların spinindәn asılıdır (daha әtraflı bax Sahәnin kvant nәzәriyyәsi).










