İKİNCİ MİLLİ – Azәrb. Resp. Kәlbәcәr r-nunun Milli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 14 km ş.-dә, Tәrtәr çayının sahilindә, Qoç daş d.-nın yamacındadır. Əh. 658 (2021); işğaldan (1993, aprel) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Orta mәktәb, kitabxana, mәdәniyyәt evi, tibb mәntәqәsi, ATS var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










