İKİNCİ NÜGƏDİ – Azәrb. Resp. Quba r-nunda kәnd. İkinci Nügәdi ә.d.-nin (İkinci Nügәdi, Pirvahid k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 9 km c.-ş.-dә, Qaraçayın sahilindә, dağәtәyi әrazidәdir. Əh. 13010 (2019); meyvәçilik vә heyvandarlıqla mәşğuldur. 3 tam orta mәktәb, uşaq bağçası, kitabxana, tibb mәntәqәsi; 2 mәscid var. Bakı Dövlәt Un-tinin vә Azәrbaycan Dövlәt İqtisad Un-tinin istirahәt komplekslәri fәaliyyәt göstәrir.










