Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İKİNCİ SXOLÁSTİKA 
    İKİNCİ SXOLÁSTİKA – 16–17 әsrlәrdә başlıca olaraq İspaniya vә Portuqaliyada meydana gәlәn vә Reformasiya ideologiyası ilә qarşıdurma şәraitindә Roma katolik kilsәsinin daxilindә islahatlar keçirilmәsini әsaslandıran katolik fәlsәfi tәlimlәri mәcmusu.
    15 әsrin sonu – 16 әsrin 1-ci rübündә, sxolastik fәlsәfi düşüncәnin yüzillik tәnәzzülündәn sonra, Foma Akvinalının Kaetan (Tommazo de Vio) vә F. Silvestri da Ferrara (tәqr. 1474–1526) kimi görkәmli şәrhçilәrinin әsәrlәrindә “yüksәk üslub”lu fәlsәfәnin dirçәlişi baş verdi. 1520-ci illәrin 2-ci yarısında vә 16 әsrin ortalarında sxolastik fәlsәfәnin yüksәlişi Salamanka ş. untindәn olan üç nәsil dominikçi teoloqların (Dominqo de Soto, Melxior Kano, Bartolome de Medina vә b.) fәaliyyәti ilә bağlıdır. Salamanka mәktәbinin aparıcı nümayәndәsi Fransisko de Vitoriyanın (1492–1546) әsәrlәri hüquq vә әxlaqın ilahiyyat baxımından әsaslandırılmasından, insan tәbiәti vә insan hәyatının dәyәrliliyi haqqında tәlimdәn vә s.-dәn ibarәt idi (“Mülki hakimiyyәt haqqında” – “Relectio de potestate civili”, 1528; “Müharibә hüququ haqqında” – “Relectio de jure belli”, 1539).
    16 әsrin 2-ci yarısı – 17 әsrin әvvәllәrindә İ.s.-nın inkişafını müәyyәnlәşdirәn başlıca amillәr Trident kilsә mәclisi vә әsası 1534 ildә qoyulmuş yezuitlәr ordeninin fәaliyyәti idi. Bu dövrdә İ.s.-nın bütün aparıcı nümayәndәlәri yezuitlәr olmuşlar: ilahi iradә ilә insan iradәsinin әlaqәsi haqqında tәlimi inkişaf etdirәn Luis Molina, naturfәlsәfәdә vә mәntiqdә Benito Pereyra (1535–1610) vә Fransisko de Toledo (1532–96), metafizikada Aristotelin “Metafizika”sına şәrhlәrin müәllifi olan “portuqal Aristoteli” Pedru da Fonseka (1528–99) vә yaradıcılığı İ.s.-nın zirvәsi sayılan F. Suares.
    17 әsrdә İ.s.-nın mәtnlәri vә ideyaları Pireney y-a-nın hüdudlarından kәnara çıxaraq, Avropada, o cümlәdәn protestant Almaniyasının әksәr un-tlәrindә geniş yayıldı vә 17–18 әsrlәr “protestant sxolastikası”nın inkişafına tәkan verdi. Bu dövrdә İ.s.-nın görkәmli nümayәndәlәri yezuitlәr Rodriqo de Arriaqa (1592–1667), Pedro Urtado de Men dosa (1578–1641), Fransisko de Ovyedo (1602–51), hәmçinin fransiskçilәr Bartolomeo Mastri (1602–73) vә Con Pons (1603–70) idi. 18 әsrin әvvәllәrindә İ.s. әnәnәsi başa çatdı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”