Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İKİPARTİYALI SİSTEM
    İKİPARTİYALI SİSTEM, A B Ş-d a – mövcud ictimai quruluşu qoruyub saxlamaq vә fәaliyyәtdә olan konstitusiya çәrçivәsindә onun inkişafını tәmin etmәk üçün ABŞ siyasi sisteminin mühüm elementi. İ. s.-in әsasında ABŞ Demokratlar partiyası ilә ABŞ Respublikaçılar partiyası arasında Amerika cәmiyyәtinin tәkamülü, möhkәmlәndirilmәsi vә tәkmillәşdirilmәsi üsullarına, hәmçinin cari problemlәrin hәlli metodu vә vasitәlәrinә müxtәlif yanaşmaları saxlamaqla, hәlledici sosial-iqtisadi vә siyasi mәsәlәlәr üzrә konsensus durur. ABŞ-ın müasir İ.s.-indәn әvvәl digәr iki partiyalı variantlar olmuşdur. 1780-ci illәrin sonlarından 1816 ilәdәk Amerika cәmiyyәtinin siyasi hәyatında federalistlәr vә demokratik-respublikaçı müxalifәt aparıcı rol oynamışlar. Sәnaye inqilabı, pambıqçılığın sürәtli inkişafı vә qәrb torpaqlarının mәnimsәnilmәsi yeni ikipartiyalı sistemin – Demokratlar partiyası (1828 ildә әsası qoyulmuşdur) vә viqlәrdәn (1850-ci illәrin ortalarınadәk mövcud olmuşdur) ibarәt mexanizmin yaranmasına tәkan verdi. Kölәlik haqqında mәsәlә bu partiyalarda daxili parçalanmalara sәbәb oldu. ABŞ-da Vәtәndaş müharibәsi (1861–65) dövründәn bu günә qәdәr öz aparıcı mövqelәrini qoruyub saxlayan Respublikaçılar partiyası (frisoylerlәrin, şimal demokratlarının vә viqlәr partiyasından qalanların birlәşmәsi nәticәsindә 1854 ildә yaranmışdır) vә Demokratlar partiyası әsas siyasi partiyalara çevrildilәr.
    Respublikaçılarla demokratların rәqabәti tarixindә şәrti olaraq üç mәrhәlәni ayırırlar: “respublikaçılar erası” (1861–1933; bu dövrdә Demokratlar partiyasından yalnız iki namizәd – S.Q.Klivlend 1885 vә 1893 illәrdә, T.V.Vilson 1913 vә 1917 illәrdә)
    hakimiyyәtә gәlә bilmişlәr; “demokratlar erası” (1933–80; bu dövrdә respublikaçılardan yalnız iki namizәd – D.D.Eyzenhauer 1952 vә 1956 illәrdә, R,Nikson isә 1968 vә 1972 illәrdә prezident seçkilәrindә qalib gәlmişlәr); “tarazlıq erası” (1980 ildәn): bu illәr әrzindә respublikaçıların 1980 vә 1984 (R.Reyqan), 1988 (C.Q.U.Buş), 2000 vә 2004 (C.U.Buş), 2016 (D.Tramp) illәrdә prezident seçkilәrin dә qalib gәlmәlәrinә baxmayaraq, demokratlar ABŞ Konqresindә möhkәm mövqelәrini saxlaya bilmişlәr.
    Böyük depressiya (1929 – 1930-cu illәrin sonu) dövründәn etibarәn İ. s. mexanizmin dә Demokratlar partiyası әnәnәvi olaraq mәrkәz vә mәrkәzdәn bir az sol mövqedә duraraq, üçüncü sol partiyanın yaranmasının qarşısını alır, Respublikaçılar partiyası isә mәrkәz vә mәrkәzdәn bir az sağ mövqeyi ilә üçüncü sağ partiyaya qarşı eyni funksiyanı yerinә yetirir. Praktikada demokratlarla respublikaçılar arasında әsas fәrq ölkәnin sosial-iqtisadi hәyatında dövlәtin rolunu necә qiymәtlәndirmәlәrindәn ibarәtdir.
    F.D.Ruzveltin prezidentliyi dövründәn (1933–45) etibarәn demokratlar dövlәtin tәnzimlәyici rolunun güclәndirilmәsi vә ABŞ әhalisinin müxtәlif tәbәqәlәrinin maraqlarını nәzәrә alan islahatların keçirilmәsi, respublikaçılar isә dövlәtin rolunun mәhdudlaşdırılması tәrәfdarı kimi çıxış edirlәr. Demokratlar liberal, respublikaçılar isә mühafizәkar partiya kimi qәbul edilsәlәr dә, belә qiymәtlәndirmә onların yürütdüyü siyasәtin әn ümumi tәmayüllәrini әks etdirir. Çünki demokratlar arasında mühafi zәkarlar, respublikaçılar arasında isә liberallar kifayәt qәdәrdir vә hәr iki partiya ABŞ әhalisinin müxtәlif sosial, etnik vә dini qruplarının dәstәyindәn bәhrәlәnir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”