İKİTƏRTİBLİ XƏTT – müstәvidә düzbu caqlı Dekart koordinatları ikidәrәcәli

cәbri tәnliyini ödәyәn nöqtәlәr çoxluğu (hәmin tәnlik hәqiqi hәndәsi obrazı tәyin etmirsә, deyilir ki, o xәyali İ.x.-i tәyin edir.) Əmsallardan asılı olaraq koordinat başlanğıcını paralel köçürmәklә vә koordinat sistemini döndәrmәklә aşağıdakı xәtlәrdәn birinә gәtirilir: ellips, hiperbola, parabola, xәyali ellips, bir cüt kәsişәn hәqiqi vә xәyali düz xәtlәr, bir cüt üst-üstә düşәn hәqiqi düz xәtlәr. Aşağıdakı parçalanmayan xәtlәri qeyd edәbilәrik:


hәmçinin parçalanan xәtlәr: kәsişәn düz xәtlәr cütü
xәyali kәsişәn düz xәtlәr cütü
paralel düz xәtlәr cütü x2 – a2 = 0; xәyali paralel düz xәtlәr cütü x2 + a2 = 0, üst-üstә düşәn paralel düz xәtlәr cütü x2 = 0; burada a, b, p sıfra bәrabәr olmayan hәqiqi әdәdlәrdir.
İ.x. (1) tәnliyini kanonik şәklә gәtirmәdәn dә tәdqiq edilir. Bunun üçün onun әmsallarından düzәldilmiş paralel köçürmәdә vә koordinat sistemi (aij = aji) döndәrildikdә dәyişmәyәn İ.x.-lәrin әsas invariantları hesab edilәn

cәbri funksiyalarının qiymәtlәrinә birgә baxılır. Mәs., ellips üçün > 0, hiperbola üçün < 0, parabola üçün = 0 olur. Δ vә S müxtәlif (eyni) işarәlidirsә, ellips hәqiqidir (xәyalidir). İki xәttin uyğun Δ, vә S invariantları bәrabәrdirsә, onları hәrәkәt etdirmәklә üst-üstә salmaq olar. Başqa sözlә, belә xәtlәr müstәvinin hәrәkәtlәr qrupuna nәzәrәn ekvivalentdir. İ.x.-lәrin tәsnifatı başqa qrup çevirmәsi baxımından da verilir. Afin çevirmә qrupuna görә ekvivalent xәtlәr elә xәtlәrә deyilir ki, onların kanonik tәnliklәri eyni olsun. Mәs., iki oxşar İ.x. ekvivalent hesab edilir. İ.x.-in afin siniflәri arasındakı әlaqәlәr proyektiv hәndәsә baxımından bu xәtlәrin tәsnifatına imkan yaradır. Ellips, hiperbola vә parabola oval xәtlәr sinfini tәşkil edir, sonsuz uzaqlaşmış düz xәttin vәziyyәtinә görә yerlәşmәsindәn asılı olaraq hәqiqi oval xәtt elips, hiperbola vә ya paraboladır. Ellips (hiperbola) bu düz xәtti iki xәyali (hәqiqi) nöqtәdә kәsir, parabola isә ona toxunur. İ.x.-in beş proyektiv ekvivalentlik sinfi var: hәqiqi vә xәyali ovallar, bir cüt hәqiqi vә xәyali düz xәtlәr, bir cüt üst-üstә düşәn hәqiqi düz xәtlәr. İ.x. konus kәsiklәri vasitәsilә dә alınır.










