İKİTƏRTİBLİ SƏTH – düzbucaqlı Dekart koordinatları ikidәrәcәli

cәbri tәnliyini ödәyәn nöqtәlәr çoxluğu. (1) hәqiqi hәndәsi obrazı tәyin etmirsә, deyilir ki, o xәyali İ.s.-i tәyin edir. Əmsalların qiymәtlәrindәn asılı olaraq, paralel köçürmәklә vә koordinat sistemini döndәrmәklә İ.s. aşağıdakı parçalanmayan sәthlәrdәn birinә gәtirilir: ellipsoid, hiperboloid, para boloid, ikitәrtibli konus vә silindr. Parçalanmayan sәthlәr: Cırlaşmayan elliptik sәthlәr:

İ.s.-lәri (1) tәnliyini kanonik tәnliklәrә gәtirmәdәn dә bu tәnliyin әmsallarından yaradılmış İ.s.-lәrin invariantları vasitәsilә tәdqiq etmәk olar.


Onların qiymәtlәri koordinat sisteminin paralel köçürülmәsi vә dönmәsi nәticәsindә dәyişmir. Əgәr Δ = 0 olarsa, (1) parçalanan İ.s.-i cırlaşan ikitәrtibli konusu vә silindri tәyin edir (aij = aji). d ≠ 0 olarsa, sәthin yeganә simmetriya mәrkәzi (İ.s.-in mәrkәzi) var vә birmәrkәzli sәth adlanır. = 0 olarsa, sәthin mәrkәzi ya yoxdur, ya da sonsuz saydadır. İki İ.s.-dәn biri digәrinә afin çevirmә ilә gәtirilirsә, belә iki sәth afin sinfinә daxildir. (İ.s.-lәrin proyektiv siniflәri analoji tәyin olunur). Hәr afin sinfә yuxarıda sayılan sәthlәrdәn biri uyğun gәlir. Proyektiv çevirmә vasitәsilә İ.s.-lәrin afin siniflәri arasında әlaqә yaradılır. Bu onunla izah edilir ki, belә çevirmәlәr zamanı fәzanın hәr sonsuz uzaqlaşmış elementinin xüsusi rolu yoxdur. Mәs., afin baxımından müxtәlif olan ellipsoidlәr vә ikioyuqlu hiper boloidlәr İ.s.-lәrin bir proyektiv sinfinә aiddir.










