İKÓNA (yun. ίεκών) – xristianlıqda Allah tәcәssümünün, Mәryәm ananın, mәlәklәrin, müqәddәslәrin tәsviri; Allaha ibadәtin ayrılmaz tәrkib hissәsi vә dua zamanı sitayiş obyektidir. İ.-lar xristianlığın ilk әsrlәrindәn mövcud olmuşdur; onlara pәrәstişin teoloji әsaslandırılması 8–9 әsrlәrdә ikona әleyhdarları hәrәkatı ilә әlaqәdar tamamlanmış sistem halını almışdır. İoann Dәmәşqli “Müqәddәs ikonaları, yaxud tәsvirlәri qınayanlara qarşı üç müdafiә nitqi”ndә obrazlar, o cümlәdәn müqәddәs tәsvirlәr nәzәriyyәsini işlәyib hazırlamışdır. Xristian ilahiyyatçılarına görә, obrazların (İ.-ların) yaradılması imkanı Mәsihin, Mәryәm ananın vә müqәddәslәrin cismani bәdәndә mövcud olmaları ilә şәrtlәnmişdir. Gözәgörünmәz vә tәsvirolunmaz Allahatanın tәsviri, hәmçinin Mәsihin ilahi tәbiәtini göstәrmәk cәhdlәri qadağan edilirdi.










