İKÓNA ƏLEYHDARLARI ÜSYANI (1566) – Niderlandda kütlәvi xalq hәrәkatı. Niderland inqilabının (16 әsr) başlanğıcı. Kalvinizm bayrağı altında baş vermişdi. Üsyanın gedişindә tәqr. 5500 kilsә vә monastır talanmış, ikonalar vә “müqәddәslәrin” heykәllәri, bir sıra yerlәrdә zadәganların ev vә malikanәlәri dağıdılmış, borc vә icarә haqqında sәnәdlәr mәhv edilmişdi. İ.ә.ü.-nın başlıca hәrәkәtverici qüvvәsi şәhәr plebeylәri vә şәhәrәtrafı kәndlilәr idi. Əvvәlcә üsyançılara rәhbәrlik edәn kalvinist konsistoriyaları vә “Zadәganlar ittifaqı”nın (1565 ildә yaradılmışdı) ayrı-ayrı mütәrәqqi әhval-ruhiyyәli üzvlәri az sonra hәrәkatın genişlәnmәsindәn qorxaraq İspaniya canişini ilә sövdәlәşmәyә başladılar. Rәhbәrlikdәn mәrhum olmuş İ.ә.ü. yatırıldı.










