İKONA SƏNƏTİ, i k o n a ç ә k m ә k –orta әsrlәrdә sitayiş mәqsәdi daşıyan dini mövzulu vә süjetli boyakarlıq növü. Daha çox ağac üzәrindә hazırlansa da, mәrmәr, metal vә fil sümüyü kimi müxtәlif lövhәlәrdә vә kәtan üzәrindә dә işlәnmiş, boyakarlığın әsas növlәrindәn olmuşdur. Dövrümüzәdәk çatmış, mәnşәcә Ön Asiya ilә bağlı olan İ.s.-nin әn qәdim nümunәlәri (tәqr.6 әsr) Sina y-a-ndan tapılmışdır. İ.s. pravoslavlığın hakim olduğu ölkәlәrdә daha geniş yayılmışdı (bax İkona). İ.s.-ndә ikonoqrafiya qanunlarına ciddi riayәt edildiyindәn, ikonaçı rәssamların әsәrlәrindә şәrti formalar üstün olmuşdur.

Mumlu boyalarla işlәnmiş İsa Mәsih ikonası.
Müq. Yekaterina monastırı. Sinay. 6 әsr.
Bizansda vә Kiyev Rus dövlәtindә çiçәklәnmә dövrünә çatmış İ.s.-nin әn yaxşı nümunәlәri üçün cizgilәrin vә rәnglәrin ahәngdarlığı sәciyyәvidir. Orta әsr sәnәtkarları mürәkkәb rәnglәri әldә etmәk üçün müxtәlif üsullardan istifadә edirdilәr. Bizans ustalarının rәsmlәrindә әn ifadәli vә mükәmmәl elementlәrdәn biri dә üzqurma sistemi idi. 19 әsrin sonu–20 әsrin әvvәllәrindә Moskvada öz emalatxanalarını yaradan vә yeni paytaxt üslubunun yaradıcılarından olan Mstyora İ.s. nümayәndәlәrinin әsәrlәri xüsusilә fәrqlәnirdi.
Dәbdәbәsi ilә seçilәn son dövrlәrin ikono-qrafik әsәrlәrindә qızıl işlәmәlәrә üstünlük verilir vә detallar incәliklә hazırlanır.










