İKSOD GƏNƏLƏRİ (Ixodidae) – parazito form gәnәlәr dәstәsindәn fәsilә. Bәdәni (ac gәnәlәr 1–8 mm, doymuş gәnәlәr isә 30 mm-әdәk uz.-da olur) seqmentlәşmәmiş oval, üzәri qırışlı elastik, dartılan kutikula ilә örtülmüşdür. Gövdәnin bel tәrәfi bir çox növlәrdә üzәrindә cüt gözlәrin yerlәşdiyi qismәn (dişilәr), ya da tamamilә (erkәklәr) sklerotiklәşmiş qalxanla örtülmüşdür. Növlәrin bir qisminin erkәk fәrdlәrindә qarın qalxanları var. İ.g.-nin ağız aparatı kәsicisorucu tipli olub qanını sorduğu heyvan üzәrindә onun uzunmüddәtli davamlı fiksasiyasını tәmin edir. Yaşlı gәnәlәr vә nimfalar traxeya ilә tәnәffüs edirlәr. Bağırsağın orta şöbәsinin vә ağızsuyu vәzilәrinin hipertrofiyalı inkişafı sәciyyәvidir. 14 cinsi (әn böyüyü olan Ixodes cinsinin 250 növü var), tәqr. 700 növü mәlumdur. Geniş yayılmışdır, tropik vә subtropik әrazilәrdә daha müxtәlif vә çoxsaylıdır. Pusqu tipli müvәqqәti ektoparazitlәrdir. Azәrb.-da 34 növü var. Əksәriyyәti pusqu qan soranlarıdır. Qanla vә quruda yaşayan onurğalıların, başlıca olaraq mәmәlilәrin vә quşların dağılmış, parçalanmış toxumaları ilә qidalanırlar, insana da hücum edә bilirlәr. İnkişaf tsikli yumurta, sürfә, nimfa, cinsi yetkin fәrd (yaşlı gәnә) fazalarından ibarәtdir. Sürfәlәr, nimfalar vә dişilәr bir dәfә qidalanırlar (cinsi yetkinliyә çatmamış fәrdlәr 3–6, dişilәr 6–12 sutka, bu zaman onların bәdәn kütlәsi müvafiq olaraq, on dәfәlәrlә vә 100 dәfәdәn çox artır); erkәklәr dәfәlәrlә, qısamüddәtli qidalanır; bu zaman kütlәlәri 1,5–2 dәfә artır. Dәyişәn sahiblәrin sayına görә üç, iki vә birsahibli hәyat tsikllәri ayırd edilir. Mayalanma spermato forların kömәyi ilә kopulyasiya nәticәsindә baş vetrir. Dişilәr 800–1000-dәn 30000-әdәk vә daha çox yumurta qoyur. İnkişaf bir neçә aydan 3 vә daha artıq ilәdәk davam edir, yaşlı fәrdin dә hәyat müddәti o qәdәrdir. İ.g. virus, bakteriya, ibtidailәr, helmintlәrin (o cümlәdәn gәnә ensefalitinin, Laym xәstәliyinin, Krım-Konqo hemorragik qızdırmasının, tulyaremiyanın, babeziozun vә b. törәdicilәrin) keçiricilәridir; eyni vaxtda bir neçә xәstәlik törәdicisinin (mikst-infeksiya) keçiricisi ola bilәrlәr. Ən tәhlükәli xәstәlik keçiricilәri tayqa gәnәsi vә meşә gәnәsidir (Ixodes ricinus). İ.g.-nin dişlәmәsi ilә keçәn xәstәliyin qarşısını almaq mәqsәdilә peyvәndlәmә aparılır, akarisidlәrin kömәyi ilә gәnәlәr mәhv edilir, fәrdi mühafizә vasitәlәrindәn (o cümlәdәn xüsusi iş paltarı vә respiratorlar) istifadә olunur.

Tayqa gәnәsi (Ixodes ricinus).










