İQALALAR, i q a r a l a r – Nigeriyanın c.-unda xalq. Benuenin aşağı axarı vә Anambra çayı arasında, ibadjilәr Niger çayının sağ sahilindә yaşayırlar. Sayları 1 mln. nәfәrdәn çoxdur (2007). Benue-Konqo dillәrinin qәrb yarımailәsinin yoruba qoluna aid iqala dilindә (dialektlәri ebu, ida, ankpa, oququ, ibadji, ife, anyuqba) danışırlar. Yazıları latın qrafikası әsasındadır, ibtidai siniflәrdә tәdris olunur. Hәmçinin hausa vә iqbo dillәri yayılmışdır. Dindarları, әsasәn, xrisitiandır. Ənәnәvi inanclarını saxlayanlar vә müsәlmanlar da var.
Rәvayәtlәrә görә, İ. yorubalarla eyni mәnşәlidirlәr. 13–16 әsrlәrdә onlarda mәrkәzi İda ş. olan İqala erkәn siyasi qurumu formalaşmışdı. 16 әsrin әvvәllәrindәn bu qurumun Qәdim Benin vә nupe icma birliklәri ilә sıx әlaqәlәri olmuşdur. İqalanın iqtisadi әsasını 18 әsrdә qul alveri, 19 әsrdә palma yağı ticarәti tәşkil edirdi; 19 әsrin ortalarından İqala fulbelәrin Nasarava әmirliyindәn asılı idi. İ.-ın әnәnәvi mәdәniyyәti Qәrbi Afrikanın Qvineya yarımvilayәtinin xalqları üçün sәciyyәvidir. Əsas mәşğuliyyәtlәri tala әkinçiliyidir (yams, darı, kalış, qarğıdalı, kakao, pambıq). Yağ palmasının vә kauçuklu bitkilәrin becәrilmәsi, balıq ovu vә ovçuluqla mәşğul olurlar. Heyvandarlıq (qaramal vә davar) kömәkçi sahәdir; mal-qaranı kişilәr otarır, mal-qara sağılmır. Dәmirçilik, dabbağlıq vә dulusçuluq inkişaf etmişdir. Yaşayış mәskәnlәri dağınıq planlıdır, dairәvi evlәri möhrәdәndir. Qohumluq ata xәtti üzrә hesablanır, böyük ailәli icmalar, poliginiya, qardaşlaşma, ali hakimin (“müqәddәs hökmdar” ata) rәhbәrlik etdiyi başçılar, gizli kişi cәmiyyәtlәri, rәqs birliklәri saxlanılır. Əcdadların vә tәbiәt qüvvәlәrinin kultları, magiya, cadu gәrlik, vәfat etmiş qohumların körpә uşaqlarda reinkarnasiyası haqqında tәsәvvürlәr yayılmışdır. Üzün skarifikasiyası (çәrtilmәsi) tәtbiq edilir. Əsas bayramları Equ (әcdadların anımı) vә ov mәrasimidir (oço). Ağac üzәrindә oyma Qvineya sahilboyunun ş.-i stilistika qrupuna aiddir (maskalar, ikenqa heykәlciklәri vә s.).

İqalaların maskası. 20 әsrin әvvәllәri.
Bruklin muzeyi (Nyu-York.)










