İQARQÁR – Əlcәzairdә, Böyük Sәhranın q. hissәsindә әn böyük quru çay yatağından biri (ued, vadi). Uz. 1100 km-dәn çoxdur. Ahaqqar yaylasından başlanır; mәcrası şm.-a doğru Şәtt-Mәlğir gölünәdәk davam edir. Yuxarılarda daimi axarlıdır. Keçmişdә, rütubәtli dövrlәrdә suyu Şәtt-Mәlğir gölünәdәk çatırdı.










