Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İQBİRALAR
    İQBİRALAR, e q b i r a l a r, e b i r a l a r (hausa dilindә o k p o t o l a r, k v o t t o q a r a l a r, k v o t t o l a r) – Nigeriyada xalq. Qurara vә Okva çayları arasında (Kvara, Nasarava vә Edo ştatları) yaşayırlar; bir qismi (cәnubi İ.) Niger çayının sağ sahilinә köçәrәk Okene ş.-nin (Kogi ştatı) әtrafında yorubalar arasında mәskunlaşmışlar. Sayları 1,4 mln. nәfәrdir (2007). Benue-Konqo dilllәrinin qәrb yarımailәsinin nupe qolunun ebira dilindә danışırlar. Yazıları 20 әsrin әvvәlindәn latın qrafikası әsasındadır; tәdris, ibadәt, kargüzarlıq ebira dilindәdir. İ.-ın tәqr. 10%-i hәmçinin ingilis, yoruba, hausa vә iqala dillәrini bilir. Əsasәn, әnәnәvi inanclarını saxlayırlar, tәqr. 20%-i xristianlardır, afroxristian kilsәsinin ardıcılları vә müsәlmanlar da var.
    Rәvayәtlәrә görә, İ.-ın әcdadları iqalalarla bağlıdır vә İda ş.-ndәndirlәr. 18 әsrin ortalarında İ.-da meydana gәlәn icma birliklәri (Panda, Koton, Karifi vә b.) 19 әsrin ortalarında fulbelәr tәrәfindәn istila edildi; istila zamanı cәnubi İ. ayrıldı. Ənәnәvi mәdәniyyәtlәri Qәrbi Afrikanın Qvineya yarım vilayәti üçün sәciyyәvidir. Talalarda toxa әkinçiliyi (yams, darı, maniok, çәltik, qarğıdalı, yerfındığı, kakao, pambıq), heyvandarlıq (qaramal vә davar, donuz), ovçuluq, balıqçılıqla mәşğul olurlar. Əyirmә, toxuculuq vә pambıq parçaların boyanması (İ. Nigeriyada әn yaxşı toxucular sayılırlar), hörmә, dulusçuluq, dәmirçilik inkişaf etmişdir. Yaşayış mәskәnlәri dağınıq planlı, möhrә evlәri dairәvidir. Qohumluğu ata xәtti üzrә hesablanan 6 totem qәbilә (Şir, Bәbir, Timsah, Piton, Varan vә Keçi), böyük ailәli icmalar, yaş institutları, gizli kişi cәmiyyәtlәri, şimali İ.-da Pandanın ali hökmdarına tabe olan başçılar saxlanılır. Qohumluq terminlәri sistemi bifurkativdir. Əcdadların, tәbiәt qüvvәlәrinin, ali sәma tanrısı demiurq Xineqbin kultları, magiya, cadugәrlik yayılmışdır, yağışı çağıran kahinlәr var. Üzün vә bәdәnin skarifikasiyası (çәrtilmәsi), oğlanların inisiasiyası tәtbiq edilir. Əsas bayramları mәhsul, hәmçinin müharibә ruhu (Akanqa) bayramlarıdır.
    İqbiraların maskası. 19–20 әsrlәr.
    Metropoliten İncәsәnәt muzeyi (Nyu-York.)
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”