HARÁRİLƏR, a d a r i l ә r – Efiopiyada xalq, Harar ş.-nin yerli әhalisi. Hәmçinin Əddis-Əbәbә, Dıre-Daua vә s. şәhәrlәrdә yaşayırlar. Arqobbalarla qohumdurlar. Sayları tәqr. 40 min nәfәrdir. Afrasiya dil ailәsinin sami qrupuna mәnsub harari dilindә (yaxud şәrqi quragelәrin dialektindә) danışırlar. 17–19 әsrlәrdә mövcud olmuş yazı sistemlәri әrәb, hazırkı yazıları isә Efiopiya qrafikası әsasındadır. Hәmçinin әrәb vә amhara dillәri geniş yayılmışdır. Dindarları müsәlmandır.
Orta әsrlәrdә H. Şәrqi Efiopiyanın müsәlman sultanlıqlarının, 17–19 әsrlәrdә Harar әmirliyinin (19 әsrin ikinci yarısında Efiopiya imperiyasına birlәşdirilmişdir) әhalisini tәşkil etmişlәr. Ticarәt, sәnәtkarlıqla mәşğuldurlar, ziyalı vә qulluqçuların sayı çoxdur. Ənәnәvi sosial tәşkilatlanmada zadәganlar, ruhanilәr, tacirlәr, sәnәtkarlar kasta tipli qapalı qruplar yaradırdılar. Ənәnәvi hәyat tәrzlәri Ümumefiopiya, Cәnubi Ərәbistan vә Şimali Somali xüsusiyyәtlәrini birlәşdirir. Harar ş. Şәrqi Efiopiyada islam dininin mühüm mәrkәzidir.

Ənәnәvi geyimli harari qız.










