HAYONİM (ibri dilindә – işıqlandırılmış), G ö y ә r ç i n l ә r m a ğ a r a s ı – Fәlәstindә Aralıq dәnizi sahilindә, tәqr. 250 m hünd.-dә yerlәşәn Üst Paleolit dövrünә aid mağara düşәrgәsi. Orta Paleolitdәn Mustye dövrünәdәk (250–100 min il әvvәl), sonralar isә Natufi mәdәniyyәti dövründә (tәqr. 12 min il әvvәl) mәskunlaşmışdır. Levallua mәrhәlәsinә aid daş qәlpәlәr, Orta Paleolitin әvvәllәrinә aid tiyә texnologiyasının izlәri, çoxsaylı ocaqlar aşkar edilmişdir. Ocaqlarda kül tәbәqәsinin 4 sm-ә çatması oddan müntәzәm istifadәni tәsdiqlәyir. Natufi mәrhәlәsindә mağarada ocağı olan dairәvi otaqlar, daş qalağı, daş vә sümük qalıqları aşkarlanmışdır. Otaqların döşәmәsindә bir neçә qәbir tapılmışdır. Ölülәrin başı bәdәnlәrindәn ayrı dәfn edilmişdir. H.-dәn itiuclular, kәsici alәtlәr, lövhәciklәr, mikrolitlәr, qaşov tipli bir neçә daş alәt vә fauna qalıqları aşkar olunmuşdur.

Hayonim mağara düşәrgәsinin ümumi görünüşü.










