EYVAZOV Vilayәt Süleyman oğlu (d. 28.6.1968, Azәrb. Resp. Culfa r-nunun (Nax.MR) Əbrәqunus k.) – Azәrb. hәrbi xadimi, gen.-polk. (2019). Azәrb. Resp. Daxili İşlәr Nazirliyinin (DİN) Polis Akademiyasını bitirmişdir (2000). 1994 ildәn daxili işlәr orqanlarında xidmәtә başlamış, DİN-in Baş Cinayәt-Axtarış İdarәsindә şöbә rәisinin müavini, Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsinin rәis müavini vә rәisi (2001–05), daxili işlәr nazirinin müavini (2005–19) vәzifәlәrindә işlәmiş, 2019 ildәn daxili işlәr naziridir. Azәrb. Resp.-nın “Azәrbaycan Bayrağı” ordeni, 2-ci vә 1-ci dәrәcәli “Vәtәnә xidmәtә görә” ordenlәri ilә tәltif edilmişdir.











