Çenab (aşağı axınında T r i m a b) – Hindistan və Pakistanda çay. Sətləc çayının (Hind çayı hövzəsi) sağ qolu. Uz. təqr. 1100 km, hövzəsinin sah. 138 min km2. Qərbi Himalay drındakı buzlaqlardan başlanır. Pəncab düzənliyindən keçir. Әsas qolları – sağdan Celam, soldan Ravi. Qar, buzlaq və yağış suları ilə qidalanır. Musson rejimlidir. Yayda daşqınlar olur. Ortaillik su sərfi dağlıq ərazidən çıxdığı yerdə 890 m3/san-dir. Suvarmada istifadə olunur. Multan ş. (Pakistan) Ç. sahilindədir.
Чинаб чайы. Ъамму вя Кяшмир штаты (Щиндистан).