CƏFƏROV Elimxan Süleyman oğlu (9.4.1955, Erm. SSR-in Kalinino r-nunun Soyuqbulaq k.) – Azərb. radiobioloqu-radio- ekoloqu, biol. e. d. (2004), prof. (2008) Аzərb. Dövlət Un-tini (indiki BDU) fizika f-ni bitirmişdir (1977). 1980 ildə Azərb. SSR EA-nın Fizika İn-tunda elmi fəaliyyətə başlamış, 1981–85 illərdə Moskva Kimyəvi Fizika İn-tunda təcrübəçi-tədqiqatçı olmuşdur. 1985–2003 illərdə AMEA-nın Botanika İn-tunda müxtəlif vəzifələrdə çalışmışdır. 2003 ildən AMEA-nın Radiasiya Problemləri İn-tunda laboratoriya rəhbəridir. Sumqayıt Dövlət Un-tinin prof.-udur. Tədqiqatları tritiumla nişanlama metodu ilə albumin molekulunun fəza quruluşu və kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin aydınlaşdırılmasına həsr edilmişdir. “Radiobiologiyanın müasir problemləri” üzrə Beynəlxalq Şuranın üzvüdür (2008). 140 elmi əsərin 2 monoqrafiyanın və 2 ixtiranın müəllifidir. Ə s ə r l ə r i: Структура и конформационные особенности сывороточного альбумина (совм. c Л.А. Алиевым). Б., 1990; E.S. Cəfəro v. İnsan zərdabı albumininin funksiyaları, quruluşu və konformasiya çevrilmələri. B., 2003.