(aşağı axınında Trimab) – Hindistan və Pakistanda çay. Sətləc çayının (Hind çayı hövzəsi) sağ qolu. Uz. təqr. 1100 km, hövzəsinin sah. 138 min km2. Qərbi Himalay d-rındakı buzlaqlardan
başlanır. Pəncab düzənliyindən keçir. Әsas qolları – sağdan Celam, soldan Ravi. Qar, buzlaq və yağış suları ilə qidalanır. Musson rejimlidir. Yayda daşqınlar olur. Ortaillik su sərfi dağlıq ərazidən çıxdığı yerdə 890 m3/sandir. Suvarmada istifadə olunur. Multan ş. (Pakistan) Ç. sahilindədir.