CƏNGİ – İrəvan xanlığının Abaran mahalında (9.9.1930 ildən Abaran, 3.1.1935 ildən Aparan r-nu), Abaran çayının yuxarı axarında azərb.-ların yaşadığı kənd. 19 əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra kəndin azərb. əhalisi qovulmuş, burada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 19 əsrin 2-ci yarısından kənddə yezidi kürdlər də məskunlaşmışlar. 19.4.1950 ildə kəndin adı dəyişdirilərək Vardablur qoyulmuşdur.